AZ

HƏMAS-dan Trampa sərt reaksiya

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldiyi gündən, yəni yanvarın 20-dək Qəzzadakı girovlar azad edilməsələr, Yaxın Şərqdə qiyamət qopacağını bildirib. 

“Cebheinfo.az” xəbər verir ki, HƏMAS-ın yüksək rütbəli rəsmilərindən olan Usamə Həmdan isə Trampın sözlərinə sərt şəkildə reaksiya verib.

O, daha intizamlı və diplomatik bəyanatlar verməli olduğunu düşünürəm deyib.

Yanvarın 20-də ABŞ-də prezidentliyi rəsmi olaraq icra etməyə hazırlaşan Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Vitkoff İsrail və HƏMAS arasında atəşkəs və girov razılaşmasının tamamlanmaq üzrə olduğunu açıqlayıb. 

Vitkoff müzakirələrin davam etdiyi razılaşma üçün bu həftə Qətərə səfər edəcəyini açıqlayıb:

"Ümid edirəm ki, andiçmə mərasiminə qədər prezident Donald Trampın adına layiq açıqlaya biləcəyimiz yaxşı xəbərlər olacaq".

Seçilən
7
cebheinfo.az

1Mənbələr