Avropa Parlamenti yeni qətnamədə Gürcüstandan Rusiyaya qarşı müharibəyə başlamağı tələb edə bilər. Bunu hakim “Gürcü arzusu” partiyasının siyasi şurası bildirib.
"Avropa Parlamenti qəbul edilmiş qətnamələrdə İvanişvilinin cəzalandırılmasını, Saakaşvilinin və digər cinayətkarların azadlığa buraxılmasını, LGBT təbliğatına qarşı mübarizə haqqında qanunun ləğv edilməsini tələb edib. Sonuncu qətnamədə Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsini və Gürcüstan iqtisadiyyatının çökməsini tələb edib", deyə bu barədə partiyanın Siyasi Şurasının bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, bu tendensiyanı nəzərə alaraq, Avropa Parlamentinin açıq şəkildə Rusiya ilə müharibəyə başlamağı tələb etməsi ehtimalı var.
Ülviyyə, Hurriyyet.az