AZ

Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır - Elçin Kazımov

Ağdam. Trend:

2025-ci ildə Ağdam Sənaye Parkında tütün məmulatlarınınistehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.

Trend xəbərverir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuatkatibi Elçin Kazımov Ağdam Sənaye Parkında təşkil edilmiş mediaturzamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 13 sənaye zonasımövcuddur ki, bunlardan 9-u sənaye parkı, 4-ü isə sənaye məhəlləsistatusundadır:

“Hazırda olduğumuz Ağdam Sənaye Parkı Dövlət başçsının 2021-ciil 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkınınyaradılmasında ən böyük məqsəd işğaldan azad edilmiş ərazilərinbərpası, sənaye potensialının inkişaf etdirilməsi, ən əsası isəişğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin məşğulluğununtəmin olunmasıdır.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraqgöstərilir. Artıq Sənaye Parkının 65 faizdən çox hissəsindəsahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb. Bir maraqlı məqamıdiqqətə çatdırım ki, Ağdam Sənaye Parkı qısa müddət ərzindəyaradılmasına baxmayaraq hazırda rezidentlərin sayına görə SumqayıtKimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Park hesabedilir”.

E.Kazımov bildirib ki, parkda ümumi investisiyalarının həcmi 271milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4sahibkara isə qeyri-rezidentlik statusu verilib:

“Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkındaümumilikdə 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 97milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi işyeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyətgöstərir. Bu müəssisələr elektrik paylayıcı avadanlıqların,elektrik yuvalarının və beton yarımstansiyaların; dam və fasadörtüklərinin; havalandırma, yanğınsöndürmə avadanlıqları vəmüxtəlif metal məmulatlarının; divar kağızlarının; müxtəlif növayaqqabıların; avtomatlaşdırma və telemexanika sistemlərinin,məsaməli hörgü bloklarının istehsalı ilə məşğul olurlar”.

Mətbuat katibi Sənaye Parkında istehsal edilən divarkağızlarının Gürcüstana ixracı həyata keçirildiyini qeyd edib:

“Sevindirici haldır ki, Ağdam Sənaye Parkında istehsal edilənməhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılantikinti-quraşdırma işlərində geniş istifadə edilməklə yanaşı,daxili bazarda da geniş satışı həyata keçirilir. Artıq ixracistiqamətində də uğura imza atılıb. Belə ki, Sənaye Parkındaistehsal edilən divar kağızlarının Gürcüstana ixracı həyatakeçirilib ki, bu da ölkəmizin divar kağızı istiqamətində ilkixracıdır. Bundan başqa müəssisə tərəfindən MDB ölkələrinə,Türkiyə, İraq və s. ölkələrə divar kağızlarının ixracıistiqamətində danışıqlar aparılır”.

E.Kazımov hazırda Ağdam Sənaye Parkının bir çox rezidentləritərəfindən 10-a yaxın müəssisəd tikinti işləri görüldüyünü diqqətəçatdırıb:

“Həmçinin Sənaye Parkının digər rezidenti tərəfindən istehsaledilən tikinti təyinatlı ayaqqabıların da ixracı istiqamətindəAvropa ölkələri ilə danışıqlar aparılır, bu istiqamətdə şirkəttərəfindən artıq sertifikat əldə edilib ki, bu da sözügedən şirkətəistehsal etdiyi məhsulu Avropa ölkələrinə ixrac etməyə imkanverir.
Ümumilikdə onu da qeyd edim ki, ölkəmizdə mövcud sənaye zonaları işadamlarının investisiya yatırmaları baxımından ən əlverişli biznesplatformasıdır. Burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün hərcür investisiya imkanları formalaşdırılıb. Belə ki, sənayezonalarında sahibkarlar dövlət vəsaiti hesabına hazırinfrastrukturla təmin edilirlər. Sahibkarlar “Plug and Play”prinsipindən istifadə etməklə sənaye zonalarında öz bizneslayihələrini həyata keçirə bilərlər”.

Mətbuat katibi sahibkarlıq fəaliyyətinin inkişafı üçün mümkünşəraitdən də danışıb:

“Bundan başqa sənaye parklarının rezidentləri qeydiyyataalındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlirvergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnolojiavadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrükrüsumlarından tam azad olunurlar. Bir maraqlı məqamı diqqətəçatdırım ki, İqtisadi Zonaların İnkişafı Agentliyininidarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-sivə gömrük güzəştləri nəticəsində rezidentlər bugünə qədər 501milyon manatdan çox, 2024-cü ilin 11 ayında isə 40,68 milyon manatvəsaitə qənaət ediblər.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənayeparklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusigüzəştli bank kreditləri, sosial sığorta ödənişlərininsubsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxalolunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tamazadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir”.

Seçilən
16
22
az.trend.az

10Mənbələr