“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Şamaxı" hücumçu Michael Thuique Dias Santosu heyətinə qatıb.
Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı futbolçunun son klubu Litvanın “Hegelmann” olub.