AZ

Türkiyə hökuməti ordunu döyüş hazırlığı vəziyyətinə gətirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Silahlı Qüvvələri Suriyada PKK döyüşçülərinə qarşı mümkün əməliyyat səbəbindən döyüş hazırlığı vəziyyətinə gətirilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə hökumətə yaxın "Türkiye" qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
"Terror təşkilatına qarşı zəruri tədbirlərin görülməsini Suriyanın yeni rəhbərliyindən tələb edən Ankara istənilən ssenariyə hazırlaşmağa davam edir", - deyə nəşr bildirir.
Qeyd edilir ki, Suriya müxalifətinin lideri Əhməd Şara ilə aparılan görüşlərdə Ankara lazımi addımların atılması tələbini aydın şəkildə çatdırıb.
Türkiyənin planına görə, təmizləmə prosesi iki mərhələdə həyata keçiriləcək.
İlk mərhələdə suriyalı olmayan PKK/YPG terrorçuları ölkəni tərk edəcək. İkinci mərhələdə isə YPG-nin bütün komanda heyəti Suriyanı tərk edəcək.
Suriyalı olanlar isə silahı yerə qoyacaq və yeni sistemə inteqrasiya olunub-olunmayacaqlarına Suriya rəhbərliyi qərar verəcək.
Seçilən
18
50
oxu.az

10Mənbələr