AZ

Bir stəkan süd içməyin MÖCÜZƏSİ – Bu xərçəngin qarşısnı alır

Oksford Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni bir araşdırma, bir stəkan südün kolon xərçəngi riskini 17 faiz azalda biləcəyini açıqlayıb.

Medianews.az “NTV”yə istinadən xəbər verir ki, bu fayda 300 mq kalsiumun əlavə qəbulu ilə əlaqələndirilir.

Tədqiqat yarım milyondan çox qadında 97 pəhriz faktorunu və onların bağırsaq xərçəngi riskinə təsirini araşdırıb. 17 il ərzində aparılan araşdırmada 12 251 iştirakçı iştirak edib.

Tədqiqatın aparıcı tədqiqatçısı Keren Papier, Cancer Research UK-ə bildirib ki, kalsium öd turşularına və sərbəst yağ turşularına bağlanaraq bağırsaq xərçəngindən qoruya bilər və onların bağırsaq selikli qişasına zərər verməsinin qarşısını alan zərərsiz qoruyucu qalxan yarada bilər.

 

Seçilən
20
medianews.az

1Mənbələr