AZ

“Joxovurd”: Paşinyan danışıqların sənədlərini kimdən gizlədir?

Nəyə görə, Nikol Paşinyan Dağlıq Qarabağ (keçmiş - red.) üzrə danışıqların bütün mərhələlərinin bütün sənədlərini ictimaiyyətə açıqlamaqdan yayınır? Özünü “demokrat” elan edən baş nazir nədən qorxur?

Herbiand.az bildirir ki, bu sualları Ermənistanın “Joqovurd” qəzeti verib.

Qəzet mövzunu davam etdirərək bunları yazıb:

Hökumətin mətbuat xidmətinin “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi məlumata görə, Nikol Paşinyan baş nazir kimi fəaliyyətinin yeddinci ilində “Xarici İşlər Nazirliyində mövcud olan danışıqlara dair sənədləri aşağıdakı əsaslarla nəzərdən keçirməyi” əmr edib: “Ermənistanın dövlət təhlükəsizliyinin maraqları nöqteyi-nəzərindən müzakirə və qiymətləndirmədən sonra paketin mümkün nəşri”. Yəni hansısa sənədlərin dərc edilib-edilməməsinə qərar verilməlidir. Bəs Paşinyan danışıqların sənədlərini kimdən gizlədir? Yaxud beynəlxalq ictimaiyyət, hətta Azərbaycan və Türkiyənin timsalında olan rəqiblər danışıqlar prosesinin bütün təfərrüatlarından tam xəbərdardırsa, o, hansı təhlükələri görür? ATƏT-in Minsk Qrupu 1992-ci ildə münaqişənin sülh yolu ilə həlli variantlarını tapmaq məqsədi ilə yaradılıb. Onun tərkibi 9 üzv (Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan və Azərbaycan), həmçinin 3 həmsədr dövlətdən (Rusiya, Fransa, ABŞ) ibarətdir. Baxmayaraq ki, Azərbaycan indi bu strukturun ləğvini tələb edir və Ermənistan heç də buna qarşı deyil, Minsk Qrupu formal olaraq fəaliyyətini davam etdirir. Nəyə görə Paşinyan illərlə müzakirə olunanları ictimaiyyətə açıqlamır, xüsusən də savadsız diplomatiyasına haqq qazandırmaq üçün keçmiş prezidentləri günahlandırmağı xoşlayır. Üstəlik, dekabrın 25-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Paşinyana Minsk Qrupunun sülh planlarını (2019-cu ilin iyun planı da daxil olmaqla) və erməni diplomatiyasının rəsmi cavablarını təqdim etməyi təklif edib. Belə çıxır ki, bütün dünya danışıqlar prosesindən xəbərdardır, lakin Paşinyan danışıqlar sənədlərini öz xalqından gizli saxlayır. Yaxud, o, sadəcə olaraq gizlədir ki, dörd il ərzində “sıfır nöqtəsindən” demək olar ki, 30 illik danışıqlar prosesini necə iflasa uğratdı və onun səriştəsiz siyasəti Dağlıq Qarabağın itirilməsinə gətirib çıxardı?”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
31
herbiand.az

1Mənbələr