AZ

32 yaşlı kişi bu il 100 uşağın atası olacaq

ABŞ-nin Los-Anceles şəhərində yaşayan Kayl Qordi bu ilin sonuna kimi bağışladığı sperma ilə dünya üzrə 100 uşaq atası olacaq.

“Cebheinfo.az” xəbər verir ki, Qordinin hazırda cəmi 32 yaşı var, amma o, artıq ən azı 87 uşaq atasıdır. 

Belə ki, o, 2025-ci ilin sonuna qədər ümumilikdə 100 uşağın bioloji atası olacaq. 

Qordi bütün dünyada qadınlara pulsuz sperma bağışlayır. O deyir ki, bu yolla həmin qadınların ana olmaq arzusunu reallaşdırır. 

O, həm uzaqdan, həm də üz-üzə xidmət göstərdiyini bildirib. Qordi bu il Yaponiya, İrlandiya və Cənubi Koreyaya səfər edərək xidmət etdiyi ölkələrin sayını artırmağı və hər ölkəyə ianə etməyi hədəfləyib.

O, bu il doğulması gözlənilən 14 körpənin İsveç, Norveç, İngiltərə və Şotlandiyada doğulacağını qeyd edib.

Özünü “sperma donoru CEO”su kimi təsvir edən Qordi ehtiyac olduğu müddətcə ianə verməyə davam edəcəyini deyib. 

O, şəxsi münasibətinin olmadığını və bu işin romantik münasibətlərində problem yaratdığını vurğulayıb. 

Qeyd edək ki, son illər dünyada sperma donorlarının sayı artıb.

Bununla belə, ekspertlər bu ianələrin bütün dünyada “şüursuz qohumluq əlaqələrini” artıracağından narahatdırlar.

Seçilən
10
cebheinfo.az

1Mənbələr