AZ

Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

Türkiyə hərbçiləri Suriyada hərbi əməliyyat keçirəcəyi təqdirdə döyüş hazırlığı vəziyyətinə gətirilib.

Editor.az bildirir ki, bu barədə Türkiyə mətbuatı xəbər verir. “Suriyanın yeni administrasiyasından terror təşkilatına qarşı lazımi tədbirlərin görülməsini tələb edən Ankara istənilən ssenariyə hazırlığını davam etdirir. Mümkün əməliyyat üçün sərhəddəki qoşunlar döyüş hazırlığı vəziyyətinə gətirilib”, – Türkiyə qəzeti bildirir. Qərb dövlətləri vəziyyətə müdaxilə edib Türkiyəyə təzyiq göstərməyə cəhd edərsə, Ankara PKK (Kürdüstan Fəhlə Partiyası) birləşmələrinə qarşı qətiyyətlə hərəkət etmək niyyətindədir.

Bundan əvvəl Ankara Suriyadakı PKK birləşmələrinə ultimatum verib. Türkiyə hakimiyyətinin tələbi ilə silahlılar silahlarını yerə qoymalı və işğal etdikləri əraziləri tərk etməlidirlər. Əks halda Türkiyə kürd silahlı qruplaşmalarına qarşı silah işlətməyə hazırdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
36
editor.az

1Mənbələr