Olaylar.az xəbər verir ki, layihəni Ermənistan xarici işlər naziri Ararat Mirzoyan təqdim edib.
"Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsi vətəndaş təşəbbüsü kimi parlamentin müzakirəsinə çıxarılıb, indi hökumət buna müsbət mövqe bildirməyi təklif edir", - nazir bildirib.
Mirzoyan qeyd edib ki, son illərdə Ermənistan və Aİ arasında kifayət qədər intensiv və dinamik əlaqələr var, bunlar müxtəlif, eləcə də təhlükəsizlik sektorunu əhatə edir:
"Mən Aİ-nin mülki monitorinq missiyasının (Ermənistan-Azərbaycan sərhədində) yerləşdirilməsini nəzərdə tuturam. Aİ Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsinə dəstək verməyə hazır olduğunu da bildirib. Baş nazirin (Nikol Paşinyan) da bəyan elədiyi kimi, Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər ona yaxın olmağa hazırdır".
Xatırladaq ki, ötən ilin son aylarında Ermənistanda avropayönlü siyasi partiyalar Aİ-yə üzvlük prosesinə dərhal başlamaq üçün imza toplamışdılar. (Teleqraf)