Vaşinqtonun Ermənistanla strateji tərəfdaşlıq sənədinin imzalanması ilə bağlı “hazırda nəzərdən keçirməli və ya elan edəcəyi heç nə yoxdur”.
Herbiand.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti “Amerikanın Səsi” radiostansiyasının erməni xidmətinin sorğusuna cavab olaraq bildirib.
Xatırladaq ki, yanvarın 8-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan-Amerika əməkdaşlığı artıq strateji xarakter daşıyır. O aydınlaşdırıb ki, tərəflərin razılığı ilə strateji dialoq qurulub və əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməlidir. Mirzoyan əlavə edib ki, müvafiq sənəd və ya sənədlər müzakirə olunur və Ermənistan-ABŞ rəsmiləri arasında görüşlər də planlaşdırılır.
Bəxtiyar CƏFƏRLİ