AZ

Rusiyanın Ukraynaya hücmunda çox sayda həyatını itirən və yaralananlar var

 

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkənin Zaporojye bölgəsinə təşkil etdiyi hücumda 13 nəfərin həlak olduğunu, 30 nəfərin isə yaralandığını bildirib.

Volodimir Zelenski sosial media hesabında paylaşım edərək Rusiyanın Zaporojye bölgəsinə idarəolunan bomba ilə hücum təşkil etdiyini qeyd edib. O, paylaşımında "Hazırda onlarla insanın yaralandığı məlumdur. Hər kəsə lazımi yardım göstərilir. Təəssüf ki, 13 nəfər həyatını itirib. Ailələrinə və yaxınlarına başsağlığı diləyirəm. Ölənlərin sayı arta bilər" ifadələrinə yer verib. 

Zaporojye Bölgəsi Hərbi İdarə Başçısı İvan Fedorov da sosial media hesabında paylaşım edərək Rus ordusunun bölgədəki bir sənaye infrastrukturu obyektini vurduğunu və hücum nəticəsində yaralanan 30 nəfərin bölgə xəstəxanasına yerləşdirildiyini bildirib. 

Ukrayna Prezident Administrasiyası rəhbəri Andriy Yermak isə sosial media hesabından Zaporojyeyə təşkil edilən hücuma etirazını ifadə edərək "Rusiya yenə mülki şəxsləri vurur" deyə qeyd edib. 



Seçilən
17
trt.net.tr

1Mənbələr