AZ

İordan çayının qərb sahilində daha 48 fələstinlini həbs edilib

İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilində növbəti əməliyyatlar keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi məlumat yayıb.

Dərnəkdən bildirilib ki, Hebron, Tulkərim, Tubas və Ramallahda həyata keçirilən basqınlarla aralarında 48 mülki fələstinli tutulub: "Onların arasında qadın və uşaqlar da var".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
52
mia.az

1Mənbələr