Ağdam. Trend:
“EEL electronics” şirkəti Azərbaycanda ilk dəfə olaraqelektromobillərin şarj cihazlarının istehsalına başlayacaq.
Trend xəbər verir ki, bunuşirkətin texniki direktoru Ruslan Şixəliyev jurnalistlərəaçıqlamasında deyib.
Onun sözlərinə görə, şirkətin məhsulları Qarabağ bölgəsindətəmir-bərpa işlərində istifadə olunur:
“Şirkətimiz 2022-ci ildə Ağdam Sənaye Parkının rezidenti olub.İstehsala isə 2024-cü ilin sentyabr ayında başlamışıq. İstehsalsahəsinin birinci mərhələsində 0-4 kVt idarəetmə panelləri, 6,10,35kVt elektrik yuvaları istehsal olunur. Hazırda 45 nəfərə yaxınyerli əhalini işlə təmin etmişik. İkinci mərhələdə beton komplekstransformator məntəqələrinin beton köşk şəklində istehsalı nəzərdətutulub. Bu mərhələdə yerli əhalidən 70-80 nəfəri işlə təmin etməyiplanlaşdırırıq”.
R.Şixəliyev yaxın zamanda məhsulların xarici şirkətlərə ixracolunacağını da diqqətə çatdırıb.