Məşhur futbolçu Lionel Messinin argentinalı idman şərhçisi Sofi Martinezlə eşq yaşadığı iddia edilib.
34 yaşlı aparıcı ilk dəfə haqqında yayılan şayiələrə açıqlama gətirib. O yayılan xəbərləri təkzib edib:
![](https://baku.ws/storage/photos/thumbs/aspect/mtgdgeQzGOeth505TciN13TBht0xpzwILBUllPEk.webp)
"Göz önündə olmaq bəzən xoşagəlməz şeylər də özü ilə birgə gətirir. Ailəm yaranan bu söz-söhbətlərə görə çox narahatdır. Bu sadəcə bir şayiədir" - deyə, Martinez, vurğulayıb.
![](https://baku.ws/storage/photos/thumbs/aspect/hbh93cQqQuzIEzy07U4ngAJNDtIGyvtxw5kCb57C.webp)
Messi ilə Martinez haqqında bu şayiələr onların 2022-ci ildə baş tutan səmimi reportajından sonra yayıldı. Deyilənlərə görə Messinin aparıcının suallarını səmimi və ürəkdən cavablaması eyni zamanda ona baxışları iki arasında eşq yaşadığına siqnal oldu.
![](https://baku.ws/storage/photos/thumbs/aspect/v3LW6UwdMnJQLG3xV8IRW2qIeExiokDTDZFqCVQS.webp)
Xatırladaq ki, Lionel Messi 2017-ci ildən uşaqlıq sevgilisi Antonela Rokuzzo ilə evlidir və onların üç övladı var. Ulduz futbolçu iddialar qarşısında susarkən, Antonela məsələ ilə bağlı heç bir açıqlama verməyib.
![](https://baku.ws/storage/photos/thumbs/aspect/kiCyrMNaYFtGiUMrJa1CpeTErjeTky0oZug6CQTw.webp)
Bəzi mənbələr isə daha əvvəl Antonelanın Messinin Martinezlə işbirliyindən narahat olduğunu qeyd edib.