Gürcüstanın sabiq prezidenti Tiflisdə keçirdiyi brifinqdə Zurabişvili yeni ofisini təqdim edib və orada “prezident funksiyalarını” yerinə yetirməyə davam edəcəyini bildirib.
"Sizi yeni ofisdə salamlamaq istərdim, bu, Orbeliani Sarayına bənzəməyə bilər, amma burada ruh hökm sürür və prezidentin funksiyaları bu gün çox dərin böhran içində olan bu ölkədə davam edir", deyə Salome Zurabişvili brifinqdə bildirib.
Gürcüstan 2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra daha da ağırlaşan və müxalifətin nəticələrinin saxtalaşdırıldığına inanan siyasi böhranın məngənəsində qalır.
Ülviyyə, Hurriyyet.az