AZ

Postekoqlu “Liverpul” üzərində qələbə haqda: “Qürur duyuram”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Liqa Kubokunun “Liverpul”la ilk yarımfinal oyununu (1:0) şərh edib.

Arena.az “Tottenhem”in rəsmi saytına istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Mən çox fəxr edirəm. Biz yenə də bəzi çətinliklərlə üzləşməli olduq. Oyuna, mənim düşündüyüm qədər, yaxşı başladıq, amma sonra Rodriqonu (Bentankur) itirdik və bu, komanda yoldaşının belə yıxılmasını görmək olduqca məyusedici idi. Biz bir daha özümüzü bir araya toplamalı, bunun öhdəsindən gəlməli və yenidən qurulmalı olduq.

Mən oyunçularla çox fəxr edirəm, həmişə onlarla qürur duymuşam. Nəticələrimiz o qədər də yaxşı olmayıb, səy azlığına görə deyil, əlbəttə, buna görə yox, istədiyimiz nəticələri əldə etmək üçün gərək olan sabitliyə nail ola bilmədiyimiz üçün. Mən sadəcə fəxr edirəm ki, onlar özlərini yaxşı hiss edirlər, zəhmətlərinə görə mükafat alırlar. Azarkeşlərimiz də çətin günlərdə onlara kömək ediblər, məncə, onlar əla idilər. Biz hələ heç nəyə nail olmamışıq, amma məncə, böyük oyunda güclü rəqibə qalib gəlmək – bu, bir duyğudur ki… Mən hamı üçün çox şadam”, deyə Postekoqlu vurğulayıb.

Fevralın 6-da “Liverpul” “Tottenhem”i cavab oyunu çərçivəsində qəbul edəcək, qalib, İngiltərə Liqa Kubokunun finalına yüksələcək.

Seçilən
19
29
arena.az

10Mənbələr