AZ

Zurabişvili Trampın andiçmə mərasimi üçün ABŞ-a gedəcək

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Cənubi Karolinadan olan respublikaçı konqresmen Co Vilsonun dəvəti ilə Donald Trampın inauqurasiyası üçün ABŞ-yə gedəcəyini təsdiqləyib.

"Operativ Media"xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Zurabişvilinin sözlərinə görə, onun Vaşinqtonda yüksək səviyyəli görüşləri olacaq.

Dekabrın sonunda Vilson X-də yazıb ki, o, Gürcüstanın “yeganə qanuni lideri” kimi Zurabişvilini Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə dəvət edir.

Qeyd edək ki, dekabrın 29-da Gürcüstan parlamentində altıncı prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beş illik müddətə seçilib. 

Seçilən
32
operativmedia.az

1Mənbələr