Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Ümumiyyətlə, bu qurumla Ermənistan arasındakı münasibətlər 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra sürətli şəkildə inkişaf etdi və demək olar ki, münasibətlər artıq özünün ən pik nöqtəsinə çatıb. Hal-hazırda Brüssel və İrəvan arasında ikitərəfli münasibətlər ən yüksək zirvədədir. İmzalanmış "Ermənistanın Avropa İttifaqının böhranların idarə olunması əməliyyatlarında iştirakı haqqında" saziş də məhz bu təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olaraq səciyyələndirilə bilər.
Çox təəssüflər olsun ki, Avropa İttifaqının Cənubi Qafqazda çox da sülhə meylli olmadığının şahidi oluruq. İstənilən dövlət, istənilən başqa bir ölkə, istənilən qurumla əməkdaşlıq haqqında saziş imzalaya və bu əməkdaşlığı daha da genişləndirə bilər. Ancaq bir şərtlə ki, bu əməkdaşlıq digər dövlətlərə qarşı olmasın. Əgər Avropa İttifaqının müşahidə missiyası adı altında fəaliyyət göstərən həmin məlum qrup əlində binokllarla Azərbaycan tərəfində kəşfiyyat yürüşləri aparırlarsa, bu, heç də baş ucalığı gətirmir. Bu əməkdaşlığın regionda məhz Azərbaycana qarşı yönəlməsi ehtimallarını artırır ki, bu da Cənubi Qafqazda ümumi sülh və sabitliyə çox böyük təhdiddir. Bu, Azərbaycan və Avropa İttifaqı münasibətlərinə də xələl gətirir. Paralel şəkildə Azərbaycanla Ermənistan arasındakı imzalanması nəzərdə sülh müqaviləsinin də gecikməsinə səbəb olur. Bütün bunlardan həm Brüssel, həm İrəvan qaçmalıdır. Əgər əməkdaşlıq edirlərsə, çalışmalıdırlar ki, bu əməkdaşlıq üçüncü tərəfə qarşı yönəlməsin. Əgər yox, bu əməkdaşlıq bu şəkildə davam edərsə, yəni Azərbaycan əleyhinə daha da gücləndirilməsi istiqamətində addımlar atılarsa, şübhəsiz ki, rəsmi Bakı buna öz cavabını verəcək və bu nə İrəvan, nə Brüssel üçün yaxşı nəticə ilə bitməyəcək".
Qiymət Mahir