Bakı. Trend:
“BakıKart”ın internet səhifəsi bərpa edilib.
Bunu Trend-insorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.
Bildirilib ki, artıq vətəndaşlar rahat şəkildə “BakıKart”dakıhesablarına daxil olmaqla şəxsi məlumatlarını və balanslarını görə,eyni zamanda müvafiq əməliyyatları asanlıqla icra edə bilərlər.
Qeyd edək ki, “BakıKart”dakı hesablar və oradakı vəsaitlərsilinməyib. Vətəndaşlar internet səhifəsi üzərindən hesablarındaolan vəsaiti BakıKart fiziki kartlarına köçürə, balanslarınıartıra, ödəniş və digər əməliyyatlardan istifadə edə bilərlər.