AZ

Türkiyə ilə Azərbaycanın 2025 HƏDƏFLƏRİ: Ərdoğanın verdiyi MESAJ – FOTO

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyərək, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.

Türkiyə ilə Azərbaycanın 2025 HƏDƏFLƏRİ: <span style=color:red>Ərdoğanın verdiyi MESAJ - FOTO

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji mütəffiqlik münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdiyini deyib, ölkələrimizin hər zaman bir-birinin yanında olduqlarını vurğulayıb.

R.T.Ərdoğanın telefon zəngini və prezidentlərin müzakirə etdiyi mövzuları Medianews.az-a şərh edən politoloq İlyas Hüseynov ilk öncə xatırladıb ki, Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri mövcuddur.

Türkiyə ilə Azərbaycanın 2025 HƏDƏFLƏRİ: <span style=color:red>Ərdoğanın verdiyi MESAJ - FOTO

Onun sözlərinə görə, 2021-ci ilin 15 iyun tarixində mədəniyyət paytaxtımız Şuşada imzalanan bu sənəd dövlətlərarası münasibətlərdə əsas meyar hesab olunur: “Müttəfiqlik münasibətləri əsasında siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar, mədəni münasibətlər inkişaf etməkdədir. Bu xüsusda Azərbaycan və Türkiyə prezidentlərinin davamlı təmasları dövlətlərin və xalqaların daha da sıx birləşməsinə, yaxınlaşmasına xidmət edir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan “Bir millət, iki dövlət” strateji siyasi konsepsiyasının uğurlu nəticələrini görürük. Vətən müharibəsinin yekunları buna bir nümunədir. Eyni zamanda tarixən Türkiyə ilə Azərbaycan bir-birinin yanında olublar. İndiki reallıqlarda, gesosiyasi şərtlərdə də Türkiyə və Azərbaycan bir-birinin yanındadır”.

Türkiyə ilə Azərbaycanın 2025 HƏDƏFLƏRİ: <span style=color:red>Ərdoğanın verdiyi MESAJ - FOTO

Politoloq qeyd edib ki, Türkiyənin Şərqi Aralıq dənizi Yaxın Şərq bölgəsində siyasətinə Azərbaycan dəstək verir: “Xarici siyasətdə davamlı məsləhətləşmələr, ümumi strateji fikirlərin, baxışların, normativlərin bir-birinə uyğunluğu çox yüksək qiymətləndirilməlidir. Eyni zamanda Azərbaycan özü də Suriyada hakimiyyət dəyişikliyindən sonra ora humanitar yardım göndərdi, səfirliyin bərpası ilə bağlı müvafiq işlər görülür. Bu da praktiki bir nümünədir ki, Türkiyənin haqq mübarizəsində Azərbaycan onunladır. Bununla yanaşı, artıq 2025-ci ilin əvvəlindən Zəngəzur dəhlizinin açılması ilə bağlı da bir sıra proseslər getməkdədir. Hesab edirəm ki, bu proseslər müstəvisində danışıqlar mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, bu da Türkiyə-Azərbaycan qardaşlığının çox müsbət bir göstəricisi kimi qiymətləndiriləcək. Bir tərəfdən tarixi ədalət bərpa olunacaq, digər tərəfdən daha sıx iqtisadi, mənəvi bağlar formalaşacaq. Bu da ticari münasibətlərdə, türk dünyasının inkişafında yeni bir mərhələ olacaq. Zəngəzur dəhlizi bizim üçün hazırda siyasi gündəlikdə duran əsas məsələlərdən biridir. Düşünürəm ki, bu məsələnin həlli Azərbaycan-Türkiyə strateji yaxınlaşmasının mühüm bir keyfiyyət göstəricisi olacaq”.

Nailə QASIMOVA

Seçilən
17
medianews.az

1Mənbələr