AZ

Ermənistan bu tipli spekulyasiyalarından tez-tez edibr - ÖZƏL

"Ararat Mirzoyanın Qərbi Azərbaycan ilə bağlı dediyi fikirlər tamamilə ziddiyyətli və həqiqətə uyğun olmayan bir şeydir".

Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı məsələsini elə bir müddət öncə Ermənistanın eks-prezidenti Levon Ter Petrosyanın yayılan video kadrlarında da dediklərinə görə, qayıtmaq hüququ olduğu bəllidir. Məsələ ondan ibarətdir ki, Qərbi azərbaycanlılar 1988 və sonrasında bu ərazidən, yəni öz ata-baba yurdlarından zorla, məcburi surətdə və soyqırım əsaslı aktlarla köçürülüb, deportasiya edilib. Müqayisə üçün deyim ki, Qarabağ erməniləri öz istəkləri  və bütün apara biləcəkləri mal varlıqları ilə birlikdə Azərbaycan ərazisini tərk etmişdir. Yəni bu bir istək idi, amma eyni istəyi Qərbi azərbaycanlılara qarşı vermədilər. 
Ümumiyyətlə, Qərbi Azərbaycanlıların köçü məsələsinə dərindən baxdıqda,  yaxşı görə bilirik ki, bu məsələnin əslində məqsədi, mahiyyəti nədən ibarətdir. Qərbi azərbaycanlıların Ermənistanda yaşadıqları müddətdə sayları 250-500 min arası idi. Ermənilər bu statistikanı hər zaman təhrif ediblər və bu, kifayət qədər ciddi bir rəqəmdir. Əgər həqiqətən də Ermənistanda Petrosyanın dediyi kimi, 170 min azərbaycanlı yaşasaydı, o zaman belə bir köçə ehtiyac olmazdı, deportasiya olmazdı və çox rahatlıqla onları idarə edə biləcəklərini düşünürəm. Amma 250-500 min arası bir nüfuzu idarə etmək, hələ-hələ mənsub olduqları Azərbaycanı işğal etdikləri bir zamanda səssiz qalmalarını gözləmək, sadəlövhlük olardı və buna görə də ilk növbədə qərbi azərbaycanlılar soyqırımlarla, məcbur etməklə, psixoloji müharibə elementləri ilə öz ata-baba yurdlarından zorla çıxarıldı.
Bundan sonra nə baş verdi? Bu, əslində faktiki olaraq regionun demoqrafik və etnik vəziyyətini əsaslı surətdə dəyişməsi deməkdir və bunu edən Ermənistan ardınca əsas planlarının ikinci mərhələsini gerçəkləşdirdi. Yəni Qarabağda separatçı fəaliyyətə başladı, daha sonra da Ermənistan qüvvələri ilə birlikdə bu ərazilər işğal olundu. Yəni, əslində Qarabağın işğalı üçün ermənilər üçün Qərbi azərbaycanlıların deportasiyası vacib idi və bunu da etdilər. İndi bu baxımdan Ararat Mirzoyan deyir ki, Qərbi azərbaycanlılar ata-baba yurdlarına qayıda bilməzlər. Niyə? Onlar ki, öz istəkləri ilə Ermənistan vətəndaşlığından imtina etməyiblər ki? Zorla göndərilib və bunu faktiki olaraq əhəmiyyətsiz sayırlar. Amma çox maraqlıdır ki, bu hadisədən elə də uzun bir müddət keçməyib. Yəni heç bir əsr keçməyib bu hadisədən. Amma Ermənistan az qala iki əsr bundan öncə baş vermiş "erməni soyqırımını" bütün dünya ictimaiyyətinə təqdim etməyə çalışır. Halbuki onun isbat edəcək və məsələ ilə bağlı arxiv məlumatlarının açılmasını təklif edən Türkiyənin də bu məsələdə fikirlərini almaq istəmirlər. 
Yəni Ermənistan bu tipli spekulyasiyalarından tez-tez edib, etməyə davam edir və bu tamamilə yanlış, absurd bir məlumatdır. Hesab edirəm ki, Ermənistanın və Ararat Mirzoyanın son sözləri reallıqlardan uzaq və reallıqları təhrif etməyə hesablanmış məqsədyönlü, məkrli bir addımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr