AZ

Prezidentin mesajı: Azərbaycanın qlobal gücü və Ermənistan üçün sülh zərurəti – ÖZƏL

"Prezidentin müsahibəsi dünyada Azərbaycanın maraqlarına görə münasibətlərin fokuslanmasını ifadə edir. Yəni dostlar və düşmənlər həmişə var. Bu mənada  Azərbaycanın dostları 2025-ci ildə hakimiyyətə gəlir, qayıdır yanaşması bu çıxışda öz əksini tapdı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əziz Əlibəyli deyib:

"Əslində dünyada yeni dünya nizamının formalaşması prosesi, bölüşdürülmə gedir və Azərbaycan ilk dəfədir ki, beynəlxalq münasibətlər sisteminin formalaşması prosesi dönəminə qalib kimi daxil olur. Bu mənada prezidentin çıxışı platforma idi. 
İkincisi, Qərb cəbhəsində bu dəfə böyük bir səssizlik pozulur. Castin Trüdor,  Bayden, sorosçular gedirsə, mühafizəkarlar və klassiklərin qayıdışı xüsusən Trampın simasında öz əksini tapır. Bu, beynəlxalq münasibətlərdə yeni siyasi vizionun formalaşması anlamına da gəlir. Deməli, qlobal müttəfiqlərin rol aldığı qlobal səhnə öz yeni oyunçularını gözləyir və Azərbaycan burada ayrılıqda böyük bir güc kimi çıxış edəcək. O gücün tərifini prezident verir və onun müqabilində həm də onu deyir ki, Ermənistan sülh müqaviləsini bağlasa, yaxşı olar, bağlamasa da, Azərbaycan üçün zəruri deyil. Bu o deməkdir ki, prezident öncə Azərbaycanın qlobal gücünü izah elədi. İndi onun müqabilində Ermənistan nə cür davranacaq? Bu qlobal gücə qarşı hansı epizodik cəhdləri ilə qarşılıq verə bilər ki? Prezidentin bu çıxışı ilə Ermənistan üçün sülh müqaviləsi zərurətə çevrildi".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
45
olaylar.az

1Mənbələr