Rusiyada Tula Mərkəzi Dairə Məhkəməsi \"LGBT simvolları olan məhsullar” səbəbilə \"Shein\" onlayn geyim mağazasının saytına girişi qadağan edib.
AZXEBER.COM buna səbəb kim saytın axtarı bölməsində \"Lgbt qolbağı” sözünü daxil etdikdə, tərkibində LGBT atributları olan bir sıra məhsulların təqdim olunması olub.
Məhkəmə qərarından sonra yanvarın 9-dan etibarən \"Shein\" mağazasının saytı Roskomnadzor tərəfindən bloklanan səhifələrin reyestrinə daxil edilib.
xatırladaq ki, \"Shein\" onlayn mağazası 2008-ci ildə Çində yaradılıb. 2023-cü ilə qədər onun Amerika bazarındakı satış payı 50%-ə çatıb və şirkətin gəliri iki milyard dolları ötüb. Brend hazırda Sinqapurda yerləşir.
Aysel