Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəQubadlı rayonunun Hal kəndi ərazisində yol-nəqliyyat qəzasının başverməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalmasıbarədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar hadisəyerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qubadlırayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləricəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, “İVECO” markalı yük avtomobili idarəetməni itirərək yolkənarına aşıb və müxtəlif dərəcəli bədən xəsarətləri almış sürücüdeformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdəqalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildəsıxılı vəziyyətdə qalmış 1995-ci il təvəllüdlü Rəhimli Kənan Səyyadoğlunu çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvilveriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.