59 yaşlı rejissor və son illər Kremlin aktiv təbliğatını aparan Tiqran Keosayan komadadır.
“AzPolitika” xəbər verir ki, bu məlumatı Keosayanın arvadı, Kremlin digər məşhur təbliğatçısı Marqarita Simonyan paylaşıb: “Sona qədər istəmədim, amma jurnalistlər artıq zəng vurmağa başladığı üçün özüm yazacam. Həyat yoldaşım Tiqran Keosayan klinik ölüm keçirib və komadadır”.
“Baza”-nın məlumatına görə, Keosayan dekabrın sonunda xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. O, 2008 və 2010-cu illərdə iki dəfə infarkt keçirib.
“AzPolitika.info”