AZ

Almaniya Trampın müdafiə xərclərini ÜDM-in 5%-ə qədər artırmaq tələbini qeyri-real adlandırır

Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi Naziri, Yaşıllar Partiyasından kanslerliyə namizəd Robert Habek hesab edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın NATO-ya üzv ölkələrin müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmaq tələbi real deyil.

Herbiand.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

O qeyd edib ki, Donald Trampın təklif etdiyi rəqəm real deyil və biz nəticədə 5%-ə çatmayacağıq. Habek bir daha müdafiə xərcləri üçün hədəf həddinin ÜDM-in 3%-i olduğunu deyib: “3,5% orta müddətli hədəf kimi hazırda NATO-da müzakirə olunur”.

Nazir hesab edir ki, müdafiə layihələrinin maliyyələşdirilməsi üçün yeni xüsusi fond yaradıla bilər və ya borcun qarşısının alınması qaydasında islahatlar aparıla bilər. Eyni zamanda o, 3,5%-lik hədəf həddinin müvəqqəti tətbiq oluna biləcəyini də istisna etmir: “Əgər bir neçə ildən sonra Almaniyanın təhlükəsizliyini təmin etmək baxımından ağlabatan vəziyyətə düşsək, o zaman xərclər yenidən azala bilər”.

Qeyd edək ki, Donald Tramp mətbuat konfransında NATO-ya üzv ölkələrin hərbi xərclərini ÜDM-nin 5%-ə çatdırmağa çalışmaq niyyətində olduğunu bildirib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
14
7
herbiand.az

10Mənbələr