Əsədin devrilməsindən sonra Suriyada xaoslu hadisələr cərəyan edərkən İstanbulda toplaşan Suriya türkmən təşkilatları Colani administrasiyasına bəzi tənqidlər yönəldiblər. Yeni administrasiyada yer ala bilməyəcəklərini deyən türkmənlər YPG-yə qarşı döyüşən Suriya Milli Ordusuna ünvanlanan silahı yerə qoyma təlimatından narahat olduqlarını bildiriblər.
Publika.az xəbər verir ki, iclasda iştirak edən Suriya Türkmən Dərnəkləri Federasiyasına daxil olan bütün təşkilatların adından professor Tarık Sülo Cevizci açıqlama verib.
Onun sözlərinə görə, Suriya türkmənləri bədəlini ödəyərək qazandıqları inqilaba sevinib, lakin onlara müraciət edilmədiyi üçün xəyal qırıqlığna uğrayıblar:
"Suriya multikultural bir quruluşa malikdir. Ancaq Suriyada qurulan keçid administrasiyasının bəzi təyinat və qərarlarda təkbaşına hərəkət etməsi bizi narahat edir. Bu qərarlar totalitar bir rejimin qəbul edilib-edilmədiyi sualına səbəb oldu. Biz daha əhatəli və plüralist olmaq istəyirik. Yeni dövrü formalaşdıracaq Suriya Milli Dialoq Konqresinə türkmənlər olaraq dəvət olunmaq istəyirik”.
SNA nə edəcək?
"İŞİD və YPG təhlükəsi davam edərkən, Suriya Milli Ordusunun ləğvi terrorla mübarizədə bizi narahat edir. Suriya bölünmə riski ilə üzləşdiyi bir zamanda bu, erkən qərardır. Bəzi Nüseyrilərin (Suriyada müsəlman icması) silahlanması xəbəri də bu qərara yenidən baxılmasına səbəb olur. Yeni konstitusiyanın vətəndaşlıq əsasında yazılması vacibdir. Suriya türkmənləri heç bir şəkildə etnik məzhəb prinsiplərinə əsaslanan konstitusiya tələb etmirlər”.
Türkcə təhsil tələbi
“İstanbulda toplanan türkmən təşkilatları etnik əsaslı konstitusiyaya qarşı olmaqla yanaşı, Suriyada fərqli mədəniyyətlər və inanc qrupları üçün imtiyazların olmaması məsələsində də həmfikirdir.