Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə investisiyalarını 26 faiz artırıb.
Banco.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə investisiyalarının əvvəlki illə müqayisədə 26% artaraq 16,6 milyard avroya (17,1 milyard dollar) çatdığını açıqlayıb.
Bu artımın Ukraynadakı layihələr və yaşıl maliyyələşdirmənin genişlənməsi sayəsində olduğu bildirilib.
AYİB prezidenti Odile Renaud-Basso Türkiyənin ötən il də bankın ən çox investisiya yatırdığı ölkə olaraq qaldığını, onu Ukrayna, Misir, Polşa və Özbəkistanın izlədiyini qeyd edib.
AYİB ötən il maliyyələşdirdiyi 584 layihənin 75%-dən çoxunun özəl sektora yönəldiyini açıqlayıb. Bundan əlavə, AYİB-dən kənar mənbələrdən təmin edilən ümumi investisiya məbləği 26,7 milyard avroya çatıb.