Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin 2025-ci ildə bitməsi üçün hər şeyi etdiyini bildirib.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, onun sözlərini RBC-Ukrayna nəşri Telegram-da yazıb.
“Mən bu müharibənin bu il bitməsini təmin etmək üçün mümkün olan hər şeyi edirəm”, – Ukrayna lideri bildirib.
Eyni zamanda o, əlavə edib ki, münaqişəyə son qoymaq üçün nəzərdə tutulan şərtlər Kiyev və bütün Avropa üçün layiqli olmalıdır.