AZ

Azərbaycanın Ermənistanı faşizmdən təmizləmək hüququ var

Kahramanmaraş Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl hesab edir ki, Azərbaycanın antiterror əməliyyatı keçirmək və Ermənistanı faşizmdən təmizləmək hüququ var.

O, bəyan edib ki, Azərbaycan prezidenti Ermənistanda faşizm və revanşizmin təzahürlərinə dəqiq tərif verib.

Ekspertin fikrincə, əgər erməni tərəfi faşist və revanşist istəklərini nümayiş etdirməkdə davam edərsə, o zaman “təbii ki, Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq hüququn prinsip və normalarına əsaslanaraq öz təhlükəsizliyini təmin etmək yəni antiterror əməliyyatı keçirməyə tam hüququ var.”

Seçilən
28
anspress.com

1Mənbələr