AZ

ABŞ Ukraynaya daha 500 milyon dollarlıq hərbi yardım paketi ayırdı

Amerika Birləşmiş Ştatları Ukraynaya 500 milyon dollar məbləğində daha bir hərbi yardım paketi ayırıb.

KONKRET.az  TASS-a istinadən xəbər verir ki, bu vəsait Kiyevə təhvil verilən “F-16” qırıcılarını təmin etmək üçün nəzərdə tutulub. Bunu Pentaqonun rəhbəri Lloyd Ostin Almaniyadakı Ramşteyn aviabazasında keçirilən Qərb ölkələri qrupunun Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə 25-ci iclasında bildirib: “Bu gün mən 500 milyon dollarlıq daha bir paketi elan edirəm ki, bura zenit raketləri, döyüş sursatı, “hava-yer” raketləri və Ukrayna “F-16”-larını dəstəkləmək üçün digər avadanlıqlar daxildir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
43
konkret.az

1Mənbələr