AZ

Gürcüstandan Saakaşvili ilə bağlı qərar: yeni komissya yaradılır

Gürcüstan parlamentində respublikanın eks-prezidenti Mixail Saakaşvili rejiminin cinayətlərini araşdırmaq üçün komissiya yaradılacaq.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze deyib.

“Saakaşvili rejiminə qiymət vermək üçün Gürcüstan parlamentinin yaz sessiyasının birinci həftəsində 2003-2012-ci illərdə qüvvədə olan rejimi və həbsdə olan şəxsləri araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradılacaq”, - deyə icraçı katib deyib.

Adəm

Seçilən
28
2
publika.az

3Mənbələr