Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:
"Çünki bugünkü Ermənistan dövlətinin yaranması sırf Şərqlə bağlıdır. Osmanlı dövlətinin zəifləməsi prosesində Rusiyanın diktəsi və Moskvadan verilən yekun dəstəklə bir erməni dövləti qurulmuşdu. Bugünkü Ermənistan öz varlığını bir növ Rusiyaya borcludur. Cənubi Qafqaz region, bölgə, geosiyasi reallıqlar olaraq bir şərqli kimliyinə malikdir. Cənubi Qafqazın bir hissəsi Avropaya düşsə belə, o, əslində Şərq dövlətidir, Asiya regionudur. Burada da reallıqlar məhz Cənubi Qafqaza uyğun şəkildə hesablanmalı və atılacaq addımlar buna uyğunlaşdırılmalıdır. Ermənistan tərəfi hazırda bunu etmir. Şərq kimliyi ilə Qərb vəhdətinə bürünməyə çalışır. Bu əlbəttə ki, Rusiyanın, Türkiyənin, Azərbaycanın, elə İranın özünün də maraqlarının ziddinə olan bir addımdır. Beləcə Ermənistan onun dövlət olaraq formalaşmasında müəyyən müddət əhəmiyyətli rolu olan havadarlarına qarşı çıxmış olur ki, gələcəkdə bunun fəsadlarını da görə bilərik. ABŞ blokunun dünyanın ən güclüsü olacağı təqdirdə bu problemli aradan qaldırmaq olar. Amma Avropanın özündə yaşanan durumlara baxdıqda görürük ki, Avropa 30 il əvvəlki kimi hegemon güc sahibi deyil. Avropa öz daxilində çaxnaşmalar yaşayır, ifrat sağçı qruplar yenidən xalqın rəğbətini qazanır və onların əsas məqsədi Avropada öz hegemonluqlarını artırmaqdır. Avropa İttifaqının böyüməsindən daha çox ölkələrin ayrı-ayrılıqda olan inkişafından yana qüvvələr sabah iqtidar olacaqlarsa, Avropa birlikdən, bərabərlikdən, gücün vəhdətindən söz edə bilməyəcəyik. Donald Tramp hələ hakimiyyətə gəlməyib, amma Kanadaya artıq ərazi iddiası irəli sürür, Danimarkaya meydan oxuyur, Qrenlandiyanı istəyir. Bütün bunların fonunda Qərbin özünün bölünüb gücündən yararlanmanı görmə şansımız var. Bu reallaşarsa, üzünü Şərqə çevirən Ermənistan heç kimin maraqlarına uyğun olmayacaq və təklənəcək. Təklənməmək üçün isə Şərq dövlətləri ilə barışmağa çalışacaq ki, bu halda da onun bir dövlət kimi sözünün əhəmiyyəti qalmayacaq. Ermənistanın bundan sonrakı addımlarında gücünün dağılması reallığında, çoxqütblü dünya reallığının formalaşması şərtlərində bunun nə qədər yanlış addım olduğunu görə bilirik".
Zeynəb Rzayeva