AZ

Müasir texnologiyalar bizə nə qazandırır?

Günümüzü telefonsuz, televizorsuz, müasir texnologiyasiz təsəvvür etmək demək olar ki,mümkün deyil. Çünki zaman keçdikcə, sürətlə inkişaf edən texnologiya həyatımıza fərqli yeniliklərlədaxil olur və əslində bütün işlərimizi asanlaşır. “Asanlaşdırma”mövzusunda tamhaqlı sayılmaya bilərik. Çünki, müasir texnologiyaların bizə faydası olduğu qədər elə birbaşa və ya dolayı yolla ziyanı da var.   


Əvvəlcə,müasir texnologiyaların bizə olan faydasından danışaq. Qeyd etdiyimizkimi müasir texnologiyalar bizlərin məişət və gündəlik həyatında bir çox işləri xeyliasanlaşdırır.


Məsələn, internetin, telefonun kəşfi bizim üçün istədiyimiz məlumatı hər an əldə etməyə kömək edir. İndiki zamanda bu qurğuların köməyi ilə harada yaşamağımızdan asılı olmayaraq istənilən ölkənin kütləvi informasiya vasitələrindən məlumat əldə edə bilərik. Həmin ölkənin ictimai-siyasi, iqtisadi, sosial, mədəni həyatı, gündəmi ilə bağlı məlumat sahibi olarıq. Və ya uzaqda yaşayan valideyn və qohumlarımızla hər an müxtəlifproqramlarınköməyi ilə görüntülü danışa bilərik. Hətta bir çox internet səhifələrində ölkəmizdə və dünyada baş verən yeniliklərdən anındaxəbərdar oluruq. Yəni ən son dəqiqə baş verən hadisələrlə bağlı xəbərləri izləmək imkanımız var.

Bundan başqa bütün bəşəriyyət üçün zamanında yenilik olan və bu gün də aktuallığını itirməyən avtomobilin, təyyarənin kəşfi də insanların xeyrinə bir ixtiradır. Nəqliyyat vasitələrinin sayəsində istənilən məkana rahatca gedə bilir, logistika adlanan yük və sərnişin daşımalara sanki zamanı qabaqlama yarışına giririk.


Müasir texnologiyaların dayanmadan, sürətlə yenilənməsivə dəyişməsi valideynlərimizin və bizlərin əziyyət çəkmədən hər işi görməyimizə yardım edir. Hətta indi insanları əvəz edəcək robotlar belə gündəmdədir.


Belə düşünəndə deyə bilərik ki, burda nə ziyanlı bir şey var? Hər şeyi asan bir şəkildə əldə edilir. Bax,elə problem də budur. İnternet, telefon, televizorun ixtirası bizim bütün baş verən xəbərləri daha tez əldə etməyimizə kömək edir, ancaq bir şeydə çətinlik yaradır. Buna sosiallaşma da deyilir. Belə ki, bu qurğular bizi yaxınlarımızdan, doğmalarımızdan bir qədər uzaqlaşdırır. Hətta deyərdik ki, çətin tərk edilən asılılıq yaradır. Əvvəllər baba-nənələrimizi görmək üçün onların yanına, evlərinə gedirdiksə, indisadəcə müasir qurğuların yardımı ilə“görüntülü danışaraq”, hal-əhval tutmaqla öz borcumuzu yerinə yetirdiyimizi düşünürük. Düzdür, uzaqda yaşayanlarla bu bir qədər rahat görünsə də, yaxınlığımızda yaşayanlarla bağlı problem hesab etmək olar. Hamımızın müşahidə elədiyi, etiraf edək ki, bəzən özümüzün də iştirakçısına çevrildiyimiz bir məqamı ədalət naminə demək lazımdır. Günlərlə, aylarla görmədiyin dost-tanışlarınla bir masa arxasında əyləşəndə söhbət etmək yerinə hər kəs öz telefonu ilə məşğul olur. Bu da bizi bizdən uzaqlaşdırır. İş burasındadır ki, hamımız bunu bilsək də vəziyyətə bir qədər soyuqqanlı, etinasız yanaşırıq.


Müasir qurğuların bir problemi də cəmiyyətdə geniş müzakirə olunur- oxumaq! Artıq çoxları üçün deyəsən nəşr olunan kitablar da tarixdə qalıb. Hər kəs istədiyi vəsaiti müasir elektron qurğulara endirir və oxuyub məlumat əldə edir. Düzdür, ilk baxışdan rahat görünür. Lakin, “kitabın qoxusunu” hiss edərək mütaliəsinin yerini verə bilərmi telefondan oxumaq? Təbii ki də, yox.


Avtomobillərin ixtirasi əlbəttə, əlverişlidir, lakin insanlar bir qədər tənbəlləşir.Çoxları “3 metrlik yolu” belə avtomobilləri ilə gedir. Bu həm insanların hərəkətdə olmasının, fiziki sağlamlığının, çevikliyinin qarşısını alır, həm də avtomobillərdən çıxan zərərli tullantılar dünyanın ekologiyasını, ətraf mühitiçirkləndirir.


Deməli, elmin-texnikanın inkişaf etməsi hər birimiz üçün yaxşı bir haldır, ancaq biz bundan istifadə edib passivləşməli- tənbəlləşməlideyilik.Müasir texnologiyaları dünyamızı gözəlləşdirmək, özümüzü inkişaf etdirmək üçün istifadə etməliyik. Bu yenilikləriyihər birimizin sağlamlığına, sosiallaşmağımızavə gümrahlığına xidmət edən vasitəyə çevirməliyik.

Seçilən
22
kanal.az

1Mənbələr