AZ

Ekspert: “İlham ƏliyevAzərbaycan dövlətinin siyasi çəkisini bir daha sərgilədi” – ÖZƏL

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı səsləndirdiyi bəyanatlar, beynəlxalq aləmdə baş verən geosiyasi prosesləri dərindən, mükəmməl və unikal formada təhlil etməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Azərbaycan dövlətinin dünyada siyasi çəkisini, tutduğu mövqeyi bir daha beynəlxalq aləmə sərgiləmiş oldu".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib:

"Dünyada gedən son proseslər fonunda Cənubi Qafqazda gedən proseslər və bu proseslərin Cənubi Qafqaza təsiri məsələlərini Prezident İlham Əliyevin dilindən çox aydın formada eşitdik. Son dövrlərdə ABŞ-də  Trampın hakimiyyətə gəlməsi,  Amerikada Tramp dövrünün başlanması, həm də dünyada gedən çox təhlükəli proseslər - Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən qanlı toqquşmalar, eyni zamanda Cənubi Qafqaz və dünyanın bir çox bölgələrində gedən proseslər dünyada yeni düzənin və yeni nizamın başlanmasının göstəricisidir.

Bu mənada Cənubi Qafqazda proseslər, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlar prosesi də yeni müstəviyə qədəm qoyacaqdır. Çünki dünyada baş verən son dəyişikliklər, proseslər bu məsələyə də öz ciddi təsirini göstərəcəkdir. İlk onu vurğulamaq lazımdır ki, Ermənistan, əgər bir müddət əvvəl beynəlxalq dairələrin güclü siyasi dəstəyini alırdısa, hazırda Ermənistan sürətli şəkildə bu dəstəkdən məhrum olunur.

İlk növbədə ABŞ-da Trampın hakimiyyətə gəlməsi də Ermənistan üçün heç də yaxşı siyasi nəticə vəd etmir. Digər tərəfdən məlum olduğu kimi, Kanada uzun illərdir ki, Ermənistanı dəstəkləyirdi və Azərbaycana qarşı daim düşmənçilik siyasəti sərgiləyirdi. Son dövrlərdə Kanadanın baş nazirinin istefası və Amerikanın yeni prezidenti Trampın Kanada ilə bağlı fikirləri də deməyə əsas verir ki, Ermənistan artıq bu məsələdə də öz dəstəyini itirmiş olur.

Eyni zamanda Suriyada baş verən proseslər, Əsəd rejiminin çökməsi də bundan xəbər verir. Məlumdur ki, Ermənistan uzun illər idi ki, Əsəd rejimindən çox ciddi dəstək alırdı və artıq Ermənistan bu dəstəyi də itirmiş oldu. Bütün proseslər bu gün Ermənistanın ziyanına işləyir və Ermənistan artıq yaxşı anlamalıdır ki, onun əvvəlki kimi havadarları yoxdur. Yeganə yol Azərbaycanla sülh müqaviləsi imzalamaq, Azərbaycanın haqlı və ədalətli tələblərini, təkliflərini qəbul etmək və Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olunması üçün addım atmaqdan ibarətdir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr