AZ

Dünya Azərbaycanlıları Gənclər Təşkilatının “Digital Diplomatlar” Layihəsi Uğurla Başa Çatdı!


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Digital Diplomatlar” layihəsi uğurla tamamlandı. Layihə müddətində iştirakçılar, dezinformasiya ilə mübarizənin əhəmiyyətini daha dərindən anlamaq və müasir dövrdə informasiya təhlükəsizliyinin təminatı yollarını öyrənmək imkanı əldə etdilər. Gənclər, analitik düşünmə və tənqidi yanaşma bacarıqlarını inkişaf etdirmək üçün peşəkar ekspertlərlə görüşlərdə iştirak etdilər.
Vurğulamaq istərdik ki, layihə çərçivəsində 6 görüş və 2 infotur təşkil olundu:
Görüşlər:
1.Azərbaycan Respublikasının ilk Baş naziri Həsən Həsənov  ilə "Media sahəsində diplomatik fəaliyyətin təşkili” mövzusunda müzakirələr aparıldı. Həsən Həsənov, medianın diplomatik sahədəki əhəmiyyətini vurğuladı.
2.Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov "Sosial media alətlərindən istifadə etməklə gənclərin xarici siyasətdə rolu” barədə dəyərli təcrübələrini bölüşdü.
3.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə "Xarici siyasətin kommunikasiyası” mövzusunda digital diplomatların medianın rolu ilə bağlı biliklərini artırdı.
4.Real TV-nin Şöbə müdiri Vəfa Ağabalayeva "44 günlük Vətən müharibəsində Azərbaycana qarşı ‘Fake news’” barədə öz təcrübəsini iştirakçı gənclərlə paylaşdı.
5.Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Aygün Əliyeva "COP29-da qeyri-hökumət təşkilatlarının iştirakçılığı” ilə bağlı digital diplomatlarla geniş müzakirələr apardı.
6.Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Naqif Həmzəyev "Rəqəmsal nüfuz və diplomatiya” mövzusunu təqdim edərək, rəqəmsal platformalarda Azərbaycanın beynəlxalq nüfuzunu artırma yollarını gənclərlə birlikdə müzakirə etdi.

İnfoturlar:
İştirakçılar, praktiki biliklərin təqdim olunduğu iki infoturda – Report İnformasiya Agentliyi və Real TV kanalında, media sahəsində iş prosesləri ilə tanış oldular.
Report İnformasiya Agentliyində baş tutmuş infotur zamanı iştirakçılar Media Məktəbinin direktoru İsmayıl İsmayılov ilə medianın iş prinsipi və xəbərlərin ictimaiyyəyə çatdırılma qaydaları, həmçinin informasiya agentliyinin fəaliyyəti ilə bağlı geniş müzakirələr apardılar və ünvanladıqları suallara cavab aldılar.
Qeyd edək ki, "Digital Diplomatlar” layihəsinin əsas hədəfi iştirakçıları dezinformasiya ilə mübarizədə daha hazırlıqlı mütəxəssislərə çevirməkdi. Layihənin nəticələri isə, Azərbaycanın və ölkə həqiqətlərinin beynəlxalq arenada gənclər vasitəsilə daha aktiv təbliğinə yönəlmişdir.
 


 

Seçilən
21
7news.az

1Mənbələr