Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli Avropa çempionatının əsas mərhələ oyununa təyinat alıb.
Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Elçin Səmədli futzal üzrə Avropa çempionatının əsas mərhələsinin İtaliya – Belarus oyununun hakim-inspektoru olacaq. 2-ci qrupun 1-ci turu çərçivəsində keçiriləcək qarşılaşma yanvarın 30-da Kataniyada baş tutacaq.