AZ

Ukraynalı futbolçu rusiyalı futbolçu ilə eyni klubda oynamaq istəmədi

''Bornmut'' və Ukrayna yığmasının üzvü İlya Zabarnıdan xəbər var. PSJ 22 yaşlı müdafiəçiyə ciddi maraq göstərirdi. Amma danışıqlar başlayan kimi dayandırıldı.

"Football-plus.az" xəbər verir ki, Zabarnı birmənalı şəkildə Paris nəhənginə keçməkdən imtina etdi. Səbəb isə bu komandada rusiyalı qapıçı Matvey Safonovun yer almasıdı. Yəni ukraynalı futbolçu rusiyalı futbolçu ilə eyni klubda oynamaqdan imtina etdi! Ancaq bu futbolçunun gələn mövsüm Avropa nəhənglərindən birində peyda olmaq şansı çoxdu. Çünki PSJ-dən başqa ona ''Mançester Yunayted'', ''Çelsi'', ''Tottenhem'' və ''Real'' da maraq göstərir. Hərçənd ''Bornmut'' ondan çox razıdı və buraxmaq istəmir. Kiyev ''Dinamo''sunun yetirməsi olan Zabarnı İngiltərədə 3-cü mövsümünü keçirir.

''Bornmut'' 2023-ün yanvarında onu 27 milyon avroya transfer edib. Bu mövsüm premyer-liqada 20 oyunun hamısını əvəzlənmədən keçirən istedadlı müdafiəçinin klubla 2028-ə qədər müqaviləsi var.

ƏLİ

Seçilən
17
football-plus.az

1Mənbələr