Cənubi Koreya prezidenti Yoon Seok-Yeol, nəticədən asılı olmayaraq, impiçment işi üzrə Konstitusiya Məhkəməsinin qərarına əməl etməyə hazır olduğunu təsdiqləyib.
Prezidentin vəkilləri “The Korea Times”a bildiriblər ki, dövlət başçısı bu halda “onun alternativinin olmayacağını” etiraf edib.