AZ

İtaliyanın bir şəhərinin sakinlərinə xəstələnmək qadağandır

İtaliyanın ölkənin cənubundakı Belkastro şəhərinin sakinlərinə rəsmən xəstələnmək qadağan edilib.

Catanzaro İnforma-nın məlumatına görə, müvafiq sərəncamı yerli mer Antonio Torçia imzalayıb. Təxminən 1300 nəfərin yaşadığı şəhər səhiyyə resursları və kadr çatışmazlığı ilə üzləşdiyi üçün Belkastro sakinlərinə tibbi yardım, xüsusən də təcili yardım tələb edən hər hansı xəstəliyə yoluxmamağa çağırılıb. Eyni zamanda Torchia bəyan edib ki, fərmana “bir qədər ironik” yanaşmaq lazımdır. Rəsmi bu qərarı qəbuledilməz vəziyyətə diqqət çəkmək məqsədi daşıyan yardım çağırışı kimi qiymətləndirib.

Məlumat üçün bildirək ki, Belkastroda əsasən təqaüdçülər yaşayır. Şəhərdə tibb məntəqəsi var, amma çox vaxt bağlıdır. Bundan əlavə, növbətçi həkimlər həftə sonları, bayramlar və gecələr işləmir. Ən yaxın təcili yardım xidməti 45 kilometr məsafədədir. Belcastro Katanzaro inzibati mərkəzinin Kalabriya bölgəsində yerləşir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
32
editor.az

1Mənbələr