Müasir dövrdə ərazi satışı çox nadir haldır. Trampın onları canlandırıb-canlandırmayacağı hələ məlum deyil. Bununla belə, Qrenlandiya ətrafında yaşananlarla bağlı intriqa doğuran sual yaranır: bütöv bir dövlətin, ərazinin və ya şatatın alınması üçün hansı qiymət təklif edilməlidir?
Torpaqların alınması barədə tarixi faktlar
“Bu gün bir suveren ölkənin digərindən ərazi alması qəribə görünə bilər, lakin keçmişdə belə hallar çox olub”, - “The Conversation” nəşri yazır.
Məlumdur ki, ABŞ özünün qərb ekspansiyasının böyük hissəsini 19-cu əsrin əvvəllərində həyata keçirib. Bura 1803-cü ildə Fransadan 15 milyon dollara (“The Conversation”-ın hesablamalarına görə 2024-cü illə müqayisədə təxminən 416 milyon dollar) alınmış Şimali Amerikada böyük torpaq sahələri olan “Luiziana Alışı” daxildir.
Təxminən yarım əsr sonra Meksika-Amerika müharibəsinin yekunlarına əsasən, böyük ərazilər müqabilində Vaşinqton Mexikoya pul ödədi.
“Əhalimizin taleyinə şimalda keçilməz buz maneələri dalğalarını aşmaq və Sakit Okean sahillərində şərq sivilizasiyası ilə qarşılaşmaq missiyası düşür”, - 1848-ci ilin martında ABŞ-nin Dövlət katibi Uilyam Syuard yazırdı.
Syuardın Arktikaya doğru genişlənmə ilə bağlı ideyalarını açıqlamasından təxminən 20 il sonra öz məqsədinə çatan ABŞ 1867-ci ildə Alyaskanı Rusiyadan 7,2 milyon dollara satın aldı (bu günə qədər hesablamalar 138 milyon dollardan 150 milyon dollara qədərdir).
- İndi Alyaska neft, qızıl və balıq kimi təbii ehtiyatların bolluğu, eləcə də toxunulmamış səhranın geniş əraziləri, strateji bir pəncərə kimi Rusiyaya və Arktikaya giriş qapısı olması sayəsində ABŞ-nin ən zəngin ştatlarından biridir”, - “Times Union” nəşrivurğulayır.
Bundan başqa, 1917-ci ildə ABŞ Virgin adalarının bir hissəsini qızıl sikkələrlə ödənilən 25 milyon dollara (bu gün 600 milyon dollardan çox) Danimarkadan aldı. Lakin 1946-cı ildə o vaxtkı prezident ABŞ-nin o vaxtkı prezidenti Harri Trumenin Danimarka ərazisini qızılla ödənilən 100 milyon dollara almaq barədə təklifinə danimarkalılar 2019 və 2025-ci illərdə olduğu kimi “Xeyr, sağ olun!” ifadəsi ilə rədd cavabı verdilər.
Amma “soyuq müharibə”nin ilk günlərindən Qrenlandiyanın strateji baxımdan ABŞ üçün böyük əhəmiyyət kəsb edib və indiyə qədər də onun bu statusu nəinki azalmayıb, əksinə daha da güclənib.
Qrenlandiyanın mümkün qiyməti
Bir ölkəni və ya muxtar ərazini qiymətləndirmək heç də asan məsələ deyil. Şirkətlərdən və ya aktivlərdən fərqli olaraq, ölkələrə gəldikdə, iqtisadi cəhətdən birbaşa ölçülə bilməyən maddi və qeyri-maddi komponentlərin məcmusunu qiymətləndirmək lazımdır.
Hazırda dünyanın ən böyük adası olan QrenlandiyaŞimali Amerika və Avropa arasında kritik bir mövqe tutur. Arktika planetin qalan hissəsindən dörd dəfə daha sürətlə istiləşdiyi üçün isə ada getdikcə daha çox əhəmiyyət kəsb edir. Belə ki, buzların əriməsi nəticəsində nadir yeraltı mineralların, neftin və təbii qazın istifadə olunmamış ehtiyatları aşkarlanır.Tramp və başqaları bu sərvətləri ABŞ-nin Çin kimi xarici təchizatçılardan asılılığını azaltmaq üçün vacib sayırlar.
Qrenlandiyada onilliklərdir ki, kömür hasil olunur və bu ərazi sübut edilmiş böyük kömür ehtiyatları ilə məşhurdur. Bundan əlavə, adanın təkində nadir yeraltı və qiymətli metallar (qızıl, gümüş, mis, qurğuşun, sink), qrafit, mərmər və uran var. Nəhayət, Qrenlandiya sahillərində böyük neft hasilatı potensialı mövcuddur və bu potensial adanın 2021-ci ildə 3,24 milyard dollar təşkil edən hazırkı ÜDM-ninə daxil deyil.
Lakin bu üstünlüklərə baxmayaraq, Qrenlandiya zəif inkişaf etmiş ərazidir. Onun infrastrukturu zəifdir və iqtisadiyyatı əsasən balıq ovu və Danimarkadan gələn subsidiyalara əsaslanır.
Qrenlandiyada raketlərin aşkarlanması və kosmosun monitorinqi üçün mühüm obyekt olan ABŞ ordusunun “Tule” aviabazası yerləşir.
ƏslindəTrampın adaya iddiası Rusiya və Çinin öz Arkitkada öz iştiraklarını artırması nəticəsində ABŞ-nin geosiyasimaraqlarından irəli gələn ciddi narahatlıqla bağlıdır. Belə ki, Vaşinqtonun fikrincə, Moskva və Pekin Arktikanı yeni qlobal rəqabət sərhədinə çevirirlər.
Qrenlandiya həmçinin iqlim dəyişikliyi səbəbindən daha əlçatan olan və Avropa ilə Asiya arasında ticarət yollarını əhəmiyyətli dərəcədə qısalda bilən Arktika gəmiçilik marşrutlarına çıxışı idarə edən geosiyasi sütun rolunu oynayır. Bu, adanın iqtisadi və strateji dəyərini artırır.
“The Times of India” qəzeti yazır ki, iqtisadçılar və analitiklər Qrenlandiya üçün yüz milyardlardan tutmuş trilyonlarla dollara qədər spekulyativ qiymətləndirmələr irəli sürüblər.
“Financial Times” nəşrinin ehtimalına görə,Qrenlandiya nadir yeraltı mineralları və resurs potensialı baxımından 1,1 trilyon dollar dəyərində qiymətləndirilə bilər. 1867-ci ildə Alyaskanın alış qiyməti ilə müqayisədə Qrenlandiyanın ölçüsünə əsaslanan başqa bir təxmini qiymət 230 milyon dollar təşkil edir. Lakin bu rəqəm inflyasiyanı, müasir resurs qiymətləndirmələrini və geosiyasi payları nəzərə almır.
Daha real hesablamalar iqtisadi və infrastrukturun inkişafı xərclərini nəzərə alır. ABŞ çox güman ki, Qrenlandiyanın inteqrasiyası üçün faydalı mineralların hasilatı, enerji və sosial xidmətlərə böyük sərmayə qoymalı olacaq. Belədə adanın alış qiyməti ən azı 1,5 trilyon dollara qədər qalxa və bu da onu tarixin ən bahalı satınalmalarından birinə çevirə bilər.
Eyni zamanda, Qrenlandiyanın 57 min sakini üçün kompensasiya ilə bağlı suallar da yarancaq ki, onlar da suverenliyin istənilən şəkildə təhvil verilməsində söz sahibi olmalarını tələb edəcəklər. Sakinlərə birbaşa ödənişlər adambaşına 100 min dollardan 1 milyon dollara qədər ola bilər ki, nəticədə də adanın qiymətini 5,7-57 milyard dollar bahalaşacaq.
Lakin maliyyə xərcləri tənliyin yalnız bir hissəsidir. Qrenlandiyanı əldə etmək üçün istənilən cəhd beynəlxalq hüquq normalarını, müqavilələri və əhəmiyyətli diplomatik maneələri aradan qaldırmaq tələbini ortaya qoyacaq. Danimarka və Qrenlandiya liderləri adanı satmaq ideyasını ardıcıl olaraq rədd etdilər və ABŞ-nin onları buna məcbur etmək cəhdi çox güman ki, əsas müttəfiqlərlə, o cümlədən NATO üzrə tərəfdaşları ilə münasibətləri korlaya bilər.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta