AZ

Aİ Şurasının Prezidenti Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-daAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbərverir ki, Antonio Koşta təyyarə qəzası ilə bağlı dövlətimizinbaşçısına və Azərbaycan xalqına başsağlığını çatdırıb, Avropaİttifaqının bu qəzanın hərtərəfli araşdırılması ilə bağlı ölkəmizinmövqeyini dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev başsağlığına görə təşəkkürünü ifadəedib.

Telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasındanəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar,Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizininyaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrəqaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafındafikir mübadiləsi aparılıb. Həmçinin təmasların davam etdirilməsirazılaşdırılıb.

Seçilən
27
48
az.trend.az

10Mənbələr