"İveco Daily 35S 15/E4 V/P" markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinə və mühərrik yağlarının alınmasına xərclənəcək vəsaitin həcmi açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" publik hüquqi şəxsi "Az-Tex-İmport" MMC ilə müqavilə bağlayaraq 584 820 AZN köçürməyi planlaşdırır.
Cabir Həsənov
Tarix: 9 Yanvar 2025, 18:11