Livan parlamenti yanvarın 9-da ordu komandanı general Cozef Aunu ölkənin yeni prezidenti seçib.
CNN qeyd edir ki, seçilmiş dövlət başçısı ABŞ-ni dəstəkləyir . O, iki tur səsvermədən sonra prezidentliyə təyin edilib.
Aun Livan lideri elan edildikdən sonra faktiki olaraq hərbi rolundan geri çəkildi. O, artıq yeni dövlət başçısı kimi parlament üzvlərinə and içib.