Bir neçə gün əvvəl “Zirə”dən ayrılan Abbas İbrahimin yeni klubu müəyyənləşib.
QOL.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi karyerasını Albaniyada davam etdirəcək.
27 yaşlı futbolçu Superliqa təmsilçisi “Elbasani” ilə 2026-cı ilin iyununa qədər müqavilə bağlayıb.
Qeyd edək ki, 2023-cü ilin fevralında "qartallar"a keçən A.İbrahimin sözləşməsinin müddəti yayda başa çatmalı olsa da, qarşılıqlı razılıq əsasında onun sözləşməsinə xitam verilmişdi.