Faciəli hadisə turist qrupunun tərkibində Kamçik aşırımına gələn Fərqanə vilayətinin iki sakini ilə baş verib.Təşkent–Andican–Oş avtomobil yolu boyunca hərəkət edərkən, onlar dayanaraq kənar şəxslər üçün nəzərdə tutulmayan xüsusi texnika meydançasına qalxıblar.Kişilərdən biri effektli selfi çəkmək üçün kənara çox yaxınlaşıb, lakin sürüşərək yaxınlıqda dayanan tanışının əlindən yapışıb. Nəticədə, hər iki şəxs dərin yarğana yıxılıb və onların üstünə böyük qar kütləsi uçqun şəklində çöküb.Xilasedicilər hadisə yerinə cəmi bir neçə dəqiqə ərzində çataraq onları qarın altından sürətlə çıxarsalar da, təəssüf ki, həyatlarını xilas etmək mümkün olmayıb.Hadisə ilə bağlı Özbəkistan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən verilən məlumatda bildirilir ki, turistlərin təhlükəsizlik qaydalarına riayət etməməsi bu cür faciənin əsas səbəbi olub.Səidə Mustafa
Diqqət Çəkənlər
İtaliyanın Belkastro şəhərinin meri yerli sakinlərə xəstələnməyi qadağan edib
AFP: ABŞ, Ukraynaya 500 milyon dollar dəyərində əlavə hərbi yardım ayıracağını açıqlayıb
Niyə YouTube və sosial şəbəkələrsiz həyat düşündüyümüz qədər qorxulu deyil?