Bakı. Trend:
7 yanvar 2025-ci ildən etibarən Azərbaycandan Bolqarıstana təbiiqaz tədarükləri texniki səbəblərə görə müvəqqəti dayandırılıb.
Trend-inməlumatına görə, bu barədə "Bulqarqaz" məlumat yayıb və bildiribki, tədarüklərin 11 yanvar 2025-ci ildə bərpa olunmasıgözlənilir.
"Texniki dayandırma barədə bildiriş 6 yanvar 2025-ci ildəAzərbaycan tədarükçüsündən alınıb", - şirkətdən bildirilib.
Baş vermiş vəziyyətdən baxmayaraq, "Bulqarqaz" türk şirkətiBOTAŞ ilə razılaşma əsasında qazın əvəzləyici həcmlərini sürətlətəmin edib.
"Bu, əlavə xərcin qarşısını alaraq regionda təbii qaz bazarındasabitliyi qorumağa imkan verib", - şirkət əlavə edib.
TrendAzərbaycan tərəfinə və Yunanıstan-Bolqarıstan inteqrasiyasınınoperatoruna müraciət edib, amma materialın dərc edildiyi vaxtaqədər cavab alınmayıb.
Qeyd edək ki, Azərbaycan qazı BolqarıstanaYunanıstan-Bolqarıstan inteqrasiyası vasitəsilə tədarük edir. Borukəmərinin gücü illik 3 milyard kubmetr təşkil edir, artırılaraq 5milyard kubmetrə qədər olma imkanı var.