Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriyanın tenderi ləğv edilib.
Valyuta.az xəbər verir ki, Milli Observatoriya üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı keçirilən tenderin ləğvi, təqdim olunan təkliflərdən heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmaması ilə bağlıdır.
"Dövlət satınalmaları haqqında" Qanunun 36.1.2-ci maddəsinə görə bu halda tender ləğv edilir.
Məlumat üçün deyək ki, bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 1 200 420 manat müəyyən edilib.
Hüseyn