Ukrayna bu il müharibəni bitirmək üçün əlindən gələni edir.AFN.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Rammstein formatında görüşdə çıxışı zamanı deyib.“Mən bu il bu müharibənin Ukrayna və bütün Avropa üçün ləyaqətlə başa çatması üçün mümkün olan hər şeyi edirəm. Və dəstəyinizə arxalana biləcəyimi bilirəm. Hamımız yadda saxlamalıyıq ki, müharibəyə son qoymaq bizim ümumi məqsədimizdir - Rusiyanın deyil, bizim məqsədimizdir, ukraynalılar, avropalılar, amerikalılar və bir çox qlobal tərəfdaşlarımız bunu istəyir”, - deyə Zelenski bildirib.Onun sözlərinə görə, Yaponiya, Səudiyyə Ərəbistanı və Argentina kimi ölkələr də Ukraynaya sülh arzulayır.Zelenski bildirib ki, Şimali Koreya Rusiyadan nümunə götürərək müasir müharibəni öyrənir.“Onlar öz xalqına dəyər vermirlər, onları itirirlər. Lakin Pxenyan Hind-Sakit okean regionunda müharibəni yenidən ixrac etmək üçün ucuz təcrübə əldə edir”, - deyə Ukrayna prezidenti bildirib.O, həmçinin Rusiyaya təzyiqləri davam etdirməyə çağırıb: “Bu, əsgərlərimizin ehtiyac duyduqları silahlara sahib olmasını təmin edir. Sanksiyalar buna görədir. Mən bütün tərəfdaşlarımızdan, xüsusən də ABŞ və Aİ-dən Rusiyanın enerji sektorunda "istiliyi" artırmağı xahiş edirəm”, - deyə Zelenski bildirib.Ukrayna prezidenti vurğulayıb ki, Rusiya enerji sektorunun bütün elementlərinə qarşı sanksiyalar tətbiq edilməli, Rusiya tanker donanması dayandırılmalıdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta